Bu gün Azərbaycan Dövlət Neft Fondu(ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait valyuta hərracına çıxarılıb.
Gununsesi.info-ya Fonddan verilən məlumata görə, bu vəsait 26 banka satılıb.
“İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək”, – deyə məlumatda qeyd olunub.