Neft Fondu investisiya siyasətini dəyişir

  • By admin
  • 13 Oktyabr 2016 15:42

neft-fondu-1

Azərbaycan  Respublikası Dövlət Neft Fondu (ARDNF) aktivlərinin 5.3 %-ni daşınmaz əmlakda, 11.6 %-i səhmlərdə, 3.8 %-ni isə qızılda saxlayır.

HTML tutorial

Gununsesi.info-nun ARDNF-ə istinadən verdiyi məlumata görə, oktyabrın 1-nə olan rəqəmlərdə aktivlərin 79.3 faizi istiqrazlara və pul bazarı alətlərinə investisiya edilib.

Qeyd edək ki, Neft Fondunun cəmi investisiya portfeli 34 milyard dollar təşkil edir. Beləliklə, aktivlərin 47.6 %-i dollarda, 35.3 %-i avroda, 4.9 %-i funt-sterlinqdə, 0.6 % Avstriya dollarında, 1.2 %-i Türkiyə lirəsində, 1.5 %-i Rusiya rublunda, 1.3 %-i Koreya vonuda, 1.4 %-i Çin yuanında, 1.1 %-i Yapon yenində, 1.3 %-i digər valyutada yatırılıb.

Qızıl aktivlərimizin həcmi isə 1.2 milyard dollar (3.8 %) təşkil edir.

Maraqlıdır ki, ARDNF aktivlərinin böyük hissəsini qısa müddətli-1 illik maliyyə alətlərində saxlayır-36.1%. Müddətsiz investisiyalar (səhmlər, daşınmaz əmlak və qızıl) isə portfelin 20.7 %-ni təşkil edir.

Aktivlərin yerləşdirilməsinin təhlilini apararkən diqqətçəkən məqamlardan biri Neft Fondunun investisiya siyasıtində risklərin artmasıdır. Fond ilk dəfə olaraq, bu il  “BB” kimi aşağı reytinqli istiqrazlara investisiyalar etməyə başlayıb.  Bu reytinqdə investisiyalar ümumi təsnifatda 6.4 faizə yüksəlib. Çox güman portfelə bu reytinqin daxil olması Beynəlxalq Banka yatırılan depozitlə əlaqədardır. Çünki Beynəlxalq Bankın kredit reytinqi “BB-” dir.Neft Fondunun kredit reytinqi aşağı olan bazar alətlərinə investisiyalar etməsi, müəyyən qədər riskləri üstələndiyini deyə bilərik.

Vüsalə Rüstəmova

Gununsesi.info