Neft Fondu Məkrəzi Bankı xilas etmək üçün 7.5 milyardlıq köçürmə nəzərdə tutub

  • By admin
  • 18 Aprel 2017 17:26

12119_u3wdeo7cnk

Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 mlrd. 525,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edib.

Gununsesi.info xəbər verir ki, bu haqda ARDNF-nin prezidenti Şahmar Mövsümov qeyd edib. Digər xərcləri isə belə olub:

– Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat,

-Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat,

– Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat vəsait ayrılıb.

– 2,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.

– Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 279,0 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib.

–  2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat təşkil edib.

Ş.Mövsümov bildirdi ki, Fondun büdcəsində Mərkəzi Banka transfertin maksimum limiti 7.4 milyadr manatdır: “Lakin bügünkü proqnozlarımız deməyə əsas verir ki, bu, tam icra olunmayacaq. Amma transferin nə qədər olacağına, hələ ki dəqiq deyə bilmərəm”.

Vüsalə Rüstəmova

Gununsesi.info