Neft Fondu ötən il hərraclarda 7,3 mlrd. dollar satıb

  • By admin
  • 25 Yanvar 2021 15:54

Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən 2020-ci il ərzində valyuta hərraclarında 7,304 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb.

 

Gununsesi.org-un ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, hərraclarda satılan valyutanın həcmi 2019-cu il ilə müqayisədə 11% artıb.

Qeyd edək ki, ötən il satışların pik həddi mart ayına təsadüf edib. Sözügedən ayda Neft Fondu 1,928 mlrd. dollar satıb.

Gununsesi.org