Neft Fondu qızıl ehtiyatının satılmasına aydınlıq gətirdi

  • By admin
  • 04 Avqust 2017 11:42

D72C77AC-D791-422B-A8D8-5A3FFF06207B_cx0_cy1_cw0_w1023_r1_s

Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.
Gununsesi.info xəbər verir ki, bu hqda Neft Fondu press-reliz yayıb. Və orada  kütləvi informasiya vasitələrində qızıl ehtiyatı ilə bağlı dərc olunan məqalələrə münasibət olaraq bildirib. 
ARDNF bir daha qeyd edir ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb:
“ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”.
 
Vüsalə
Gununsesi.info