
ARDNF banklara 50 mln. dollar satıb İyulun 5-də Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. ARDNF-dən Gununsesi.info-ya verilən məlumata görə, hərraca çıxarılmış 50 mln. dollar 29 banka satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.