
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üçün büdcəsinin gəlirləri8,3 milyard manat, xərcləri isə 6,9 milyard manat proqnozlaşdırılır.
Gununsesi.info Hesablama Palatasının 2017-ci ilə dair büdcə rəyinə istinadən bildirir ki, bugöstəricilər cari ilin müvafiq göstəriciləri ilə müqayisədə 3,792 milyard manat çox və3,717 milyard manat azdır.
Hesabatda göstərilir ki, Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr aylarıüzrə gəlir və xərclərinə dair məlumatına əsasən, gəlirlər 2016-cı ilinyanvar-sentyabr ayları ərzində 6618,6 mln. manat, xərcləri isə 3823,1 mln. manat təşkil edib. Bu göstəricilər müvafiq olaraq proqnozlaşdırılan illik gəlirlərdən 2040,1 mln.manat və ya 44,6% çox, xərclərdən isə 6845,8 mln. manat və ya 64,2% azdır.
Cari ildə gəlirlərin həcminin illik proqnozlaşdırılmış gəlirlərlə müqayisədə artmasıdövlət büdcəsində olduğu kimi, ARDNF-in də büdcəsinin formalaşdırılmasında neftin 1barelinin daha konservativ 25 ABŞ dolları nisbətində götürülməsi, dünya bazarlarındaisə qiymətin 27-53 ABŞ dolları arasında dəyişməsi ilə bağlıdır.
2017-ci ildə Fondun əsas gəlir mənbəyi olan mənfəət neftinin və qazın satışındandaxilolmalar 7550,7 mln. manat olmaqla 2016-cı ilin proqnoz göstəricisindən 3675.0 mln. manat və ya 94,8% çox nəzərdə tutulub. Dövlət Neft Fondunun büdcəsinə cariilin 9 ayında bu mənbə üzrə 5867,0 milyon manat daxil olmuşdur ki, bu da Fondungəlirlərinin 88,6%-ni bərabərdir.
2017-ci ildə Fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarəolunmasındanəldə edilən gəlirlərin həcmi 799,1 mln. manat məbləğində proqnozlaşdırılıb ki, bu da2016-cı ilin müvafiq göstəricisindən 119,1 mln. manat və ya 17,5% çoxdur. Qeyd edəkki, cari ilin 9 ayında bu mənbə üzrə daxilolma 734,8 mln. manat təşkil edib.
Fondun 2017-ci il üçün proqnozlaşdırılmış xərclərinin
– 6100,0 mln. manatı və ya87,8% dövlət büdcəsinə nəzərdə tutulan transfertə,
– 822,0 mln. manatı və ya 11,8%infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərinsosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeronsuvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənubi Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payı),
– 29,3 mln. manatı “2007-2015-ciillərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları”nınmaliyyələşdirilməsinə yönəldiləcəkdir.
Vüsalə Rüstəmova
Gununsesi.info