Neft Fondu xərclərini azaldıb

  • By admin
  • 12 Oktyabr 2016 18:20

NEFT FONDU

2016-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu dövlət büdcəsinə 3 milyard 260 milyon transfert edib. Beləliklə, ilin 3-cü rübündə büdcəyə nəzərdə tutulan transfertin cəmi 54 faiz icra olunub. Qeyd edək ki, cari il üçün Fonddan dövlət büdcəsinə 6 milyard manat transfert proqnozlaşdırılıb. Bununla, ARDFN xərclərini (3.8 milyard manat ) müəyyən qədər qənaət edə bilib.

Gununsesi.info Dövlət Neft Fonduna istinadən bildirir ki, “Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərinin həyata keçirilməsinə 73.8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39.1 milyon manat, Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48.6 milyon manat vəsait ayrılıb.

Bundan əlavə, 20.8 milyon manat “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nin maliyyələşdirilməsinə yönəldilib. “Cənubi Qaz Dəhlizi” layihəsi üzrə 242 milyon manat, “Star” neft emali kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 127 milyon manat vəsait ayrlıb.

2016-ci il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 12 milyon manat təşkil edib.

Vüsalə Rüstəmova

Gununsesi.info