Neft Fonduna “Şahdəniz” yatağının işlənməsindən 64 milyon dollar olub

  • By admin
  • 16 Avqust 2016 11:42

NEFT FONDU

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Şahdəniz” yatağının işlənməsindən 64 milyon dollar vəsait daxil olub.

Bu barədə Gununsesi.info-ya ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, 2007-ci ildən bu il avqustun 1-dək isə Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib.

Gununsesi.info