Neft Fondunun daşınmaz əmlakdan əldə etdiyi gəlir 2.7 faiz olur

  • By admin
  • 13 İyun 2017 16:18

neft-fondu-1

Azərbaycan Dövlət Neft Fondunun ümumi investisiya portfelinin gəlirliliyi 1,92% təşkil edib.

Gununsesi.info bunu ARDNF-in 2016-ci ilə dair illik hesabatına istinadən bildirir.

Məlumatdan məlum olur ki, ən yüksək gəlir səhm portfelindən əldə edilirb. Beləki,2016-cı ildə sabit gəlirli qiymətli kağızlar portfeli üzrə illik gəlirlilik 1,58%, səhm portfeli (özəl səhmlər daxil olmaqla) üzrə 3,65%, daşınmaz əmlak portfeli üzrə isə2,75% olub. İnvestisiya portfelinin toplam gəlirliliyinə (1,92%) sabit gəlirli qiymətli kağızlar portfelinin töhfəsi 1,27%, səhm (özəl səhmlər daxil olmaqla) vədaşınmaz əmlak portfellərinin töhfəsi isə müvafiq olaraq 0,51% və 0,14% təşkil edib.

Vüsalə

Gununsesi.info