Neft hasilatında proqnozlaşdırılmayan katastrofik azalma

  • By admin
  • 04 Avqust 2022 17:38
Azərbaycanın neft hasilatında proqnozlaşdırılmayan katastrofik azalma baş verir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə ekspert İlham  Şaban bildirib.
Onun sözlərinə görə, 6 ayda Azəri-Günəşli-Çıraq (AÇG) neft hasilatının 9,4% və ya təqribən 8 mln. barelə yaxın azalıb:
“Bu çox böyük azalma tempidir, özü də yarım illik nəticə üçün katastrofik azalmadır. Ola bilsin ki, bu il AÇG-dən neft hasilatı 20 milyon tondan aşağı həddə düşsün. Hazırda Azərbaycanın neft gəlirlərinin 2 dəfəlik artımı sadəcə bazardakı hədsiz yüksək qiymətlərdən qaynaqlanır”.
Afət Abbasova
Gununsesi.info