Neft məhsullarından istilik alınması üçün istifadə edilməsi qadağan edildi - NORVEÇDƏ

  • By Mayil
  • 16 İyun 2017 20:55

norveccc

Dünyanın ən böyük neft istehsalçılarından olan Norveçdə neft məhsullarından istilik alınması üçün istifadə edilməsi qadağan edilib.

Gununsesi.info xəbər verir ki, Norveç hökumətinin mənzillərin, ticarət mərkəzləri və dövlət binalarının neft məhsulları ilə qızdırılmasını qadağan edən sərəncamı bu gündən qüvvəyə minib.

Norveçin iqlim və ətraf mühit naziri Vidar Helgesen elektrik xətlərinin olmadığı ucqar kənd və regionlarda mənzillərin qızdırılmasının bu qadağaya şamil edilmədiyini açıqlayıb.

Gununsesi.info