Neft ölkələrinə bəd xəbər - ABŞ ŞİST NEFT HASİLATINI 20 FAİZ ARTIRACAQ

  • By admin
  • 06 Mart 2017 14:01

VVDMSRN

 

ABŞ-ın şist layihələri OPEK və Rusiyanın qiymət artımına yönəlik təşəbbüslərinin təsirini əhəmiyyətli dərəcədə azaldır. Son məlumata görə, axır 1 ayda şist yataqlarının sayı 2015-ci ilin oktyabrından sonra ən yüksək həddə çatıb.

Gununsesi.info iqtisadçı-ekspert Rövşən Ağayevə istinadən bildiri  2016-cı ilin sentyabrındansonra hər ay ABŞ-ın gündəlik şist neft hasilatı orta hesabla 125 min barrel artıb: “Halbuki 2011-2014-cü illərdə gündəlik artım 93 min barreldən çox olmamışdı. Sürətli artım nəticəsində hazırkıdövrə ölkənin ümumi neft hasilatı gündəlik 9 mln. barreli ötüb.

Rusiyalı energetika ekspertləri yazır ki, onlar ABŞ-da neft hasilatının belə sürətli bərpaolunacağını gözləmirmiş”.

R.Ağayevə görə, maraqlı məqamlardan biri budur ki, ənənəvi neft hasilatının nəhənglərindənolan Exxon Mobil xərctutumlu iri layihələrin bir hissəsindən imtina edərək şist layihələrinəböyük sərmayə qoymağa başlayır: “Şirkətin proqnozuna görə, 2025-ci ilədək şist hasilatıhesabına ABŞ-ın neft hasilatı 20% artacaq.

Şist hasilatının sürətli bərpasını təmin edən səbəblərdən biri son 3 ildə maya dəyərinin 2 dəfədən çox aşağı düşməsidi. Hazırda orta hesabla 1 barrelin maya dəyəri 35 dollar ətrafındadı. Maraqlı burasıdır ki, ənənəvi neft hasilatında xərclərin qismən də olsa artımı fonunda yeni texnolgiyalar şist hasilatını sürətlə daha da ucuzlaşdırır”.

“Görünən odur ki, bu durum OPEK-i hasilatın azalması ilə bağlı növbəti qərarlardan çəkindərəcək – bazarları daha da əldən verməmək üçün”,- deyə ekspert vurğuladı.

İqtisadçıya görə, nefti gerçəkdən də unutmaq lazmdı: “İslahatın və yaxşı idarəetmənin alternativi heç vaxt neft olmayıb – hətta 140 dollar olanda belə”.

Vüsalə Rüstəmova

Gununsesi.info