Azərbaycanda neft-qazdan ödənilən vergilərdə rekord səviyyədə azalma olub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında yazılıb:
“Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektoru üzrə vergi daxilolmaları 1 milyard 367,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,1 % azdır.
Yanvar-mart aylarında neft-qaz sektoru üzrə vergi daxilolmalarının 48,8 %-i və 667,9 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi olub. Bu, 1 il əvvələ nisbətən 2,3 dəfə azdır”.
Bildirilir ki, qalan vergi daxiloilmalarının isə 34 %-ni və yaxud 464,8 milyon manatını Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 17,2 %-ni və yaxud 234,6 milyon manatını isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödədiyi mənfəət vergisi təşkil edib. Bunlar da illik müqayisədə müvafiq olaraq 9,4 % az və 4,2 % çoxdur.
Günay
Gununsesi.info