Neft rekord həddə ucuzlaşdı - 3.52 FAİZ

  • By admin
  • 21 İyun 2017 09:00

neft

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,68 dollar və yaxud 3,52% azalıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 46,01 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info