Neft şirkətlərində işçilər siyasi baxışlarına görə təqib olunurlar- NEFTÇİLƏRİN HÜQUQLARININ MÜDAFİƏ TƏŞKİLATI

Neft şirkətlərində işçilər siyasi baxışlarına görə təqib olunurlar

 

“Ölkədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Təşkilatları müstəqil deyil. Belə ki,   Kompleks Qazma Tikinti Trestinin Həmkarlar İttifaqı Təşkilatı (sədr Əzizov Əhmədağa) və Salyan Oyl LTD” Şirkətinin Həmkarlar İttifaqı Təşkilatı (sədr Xudiyev Əliverdi) tərəfindən , Əmək Məcəlləsinin və Həmkarlar İttifaqı haqqında Qanunun müddəaları pozularaq məhkəmə prosesi zamanı işçinin yox, işəgötürənin maraqlarından çıxış ediblər”.

Gununsesi.info bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının 2017-ci ilə dair hesabatına istinadən xəbər verir.

Hesabata görə, SOCAR-da çalışan işçikırin sayı son 4 ildə 10 min nəfərdən çox azalıb. Qadın işçilərin sayı 2.3 min nəfər azalaraq 8.5 min nəfər, kişi işçilərin sayı 8 min azalara 42.2 min nəfərə düşüb.

İşçilərin sayı 17 faiz azalması işçilərin əməkhaqlarına nə qədər təsir göstərib?

Hesabatdan məlum olur ki, minimum əməkhaqqın son dörd ildə 17.6 fazi artıraq 164 manata çatıb. Ora aylıq məvacib isə 13.3 faiz artaraq 968 manat təşkil edib.

Hesabat  dövründə  neft şirkətlərində işəgötürənlər tərəfindən  Əmək Məcəlləsinin aşağıda qeyd olunan maddələrinin pozuntusu müşahidə olunub:

-Maddə 45.4 (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda,əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır) pozuntusu ARDNŞ-də və onun tərkibinə daxil olan idarə və müəssisələrdə,  Azfen MM , Nobel SDL, Qarasu ƏŞ,  “Schlumberger Overseas SA”, “Schlumberger logelco İnc, Salyan Oyl, SOCAR AQŞ müşahidə olunub.  Bu  qanun pozuntusu  arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində  ən böyük hüquq pozuntusu olan bu proses (işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə)   hələ də davam edir və çoxlu sayda insanın işsiz qalmasına səbəb olur.

-Maddə 16 (diskriminasiyaya yol verilməsi)   Diskriminasiyanın əsas səbəblərində biri  qohumbazlıqdır, xüsusən bu işə qəbul, əmək haqqının ödənilməsi və əmək müqaviləsinin ləğv olunması zamanı özünü göstərir.  Bunun nəticəsində də çoxlu sayda işçi diskriminasiyaya məruz qalır. İşçiləsin siyasi baxışlarına görə də təqib olunmasına tez-tez rast gəlinir. Müxalifət partiyasının üzvülüyündə olan şəxslərin peşəkarlıq və ixtisas dərəcəsindən asılı olaraq, nəinki, yüksək vəzifə hətta kiçik və orta rəis vəzifələrinə  belə irəli çəkilməsi   qeyri-mümkündür. İşə qəbulla əlaqədar tərtib olunmuş anketlərdə işçinin hansı siyasi partiyanın üzvü olması barədə xüsusi bənd var.

-Maddə 68,69, 70,71,77, 78, 79, 80 (Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılma, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması, Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar və s)

 SOCAR-n Kompleks Qazma İşləri Trestində, Neftqaztitkinti Trestində, BP Eksploreyşn (Kaspian Si) Limited  Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,  “Karasu Opertinq Compani” ƏŞ”  neft şirkətlərində müşahidə olunub.

– Maddə 207, 215, 217, 218, 219, 220, , 222, 223, 239-cu (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları , Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi,İşəgötürən tərəfindən işçilər üçün təhlükəsiz iş şəraiti yaradılmaması, sağlamlığa dəymiş ziyanın ödənilməməsi Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət ) və “İstehsalatda baş vermiş bədbəxt hadisələrin icbari sığortası haqqında AR Qanununun”, AR Nazirlər Kabinetinin 27 saylı qərarının pozulması  .

İşçilər üçün sağlam iş şəraitinin yaradılmaması,qoruyucu vasitələrlə təmin olunmaması müşahidə olunur. Zərərli iş şəraitində çalışan işçilərin vaxtlı vaxtında süd və süd məhsulları ilə təmin olunmaması nəticəsində iş yerlərində çoxlu sayda işçi xəsarət alır,həlak olur və sağlamlıqlarını itirirlər.

2017-cı ildə istehsalatla əlaqədar 42 nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb ki, bunun da 7- si ölümlə nətiBir çox hallarda istehsalatda baş verən bədbəxt hadisələr qeydə alınmır.Bu da işçinin bir müddət sonra əmək qabiliyyətinin itirməsi,bəzən isə əlilliklə nəticələnir. Təşkilatın hesabatında deyillir ki, bəzi hallarda peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlil olmuş işçilər kompensasiyalarını ala bilmirlər.

Məsələn:

1. Qorxmaz Mustafayev-SOCAR  Kompleks Qazma Trestində çalışarkən peşə xəstəliyinə tutulub və 2-ci qrup əlil olub. Lakin  peşə xəstəliyi ilə əlaqədar 2014-cü ildən aylıq və birdəfəlik kompensasiyaları ala bilmir. Kompleks Qazma Tresti “peşə xəstəliyinin” ləğvi ilə əlaqədar Qorxmaz Mustafayevə qarşı 3 məhkəmədə iddia qaldırıb

2. İlman Babayev – Kompleks Qazma Trestində 2-ci qrup peşə xəstəliyinə tutulub. Müharibə veteranı və məcburi köçkündür. Trest müxtəlif qanunsuz bəhanələrlə ona peşə xəstəliyi ilə əlaqədar kompensasiyaları ödəmir.

3. ARDNŞ-nin nəqliyyat İdarəsiişçisi Şirəliyev Mirəlinin Əmək xəsarəti qeydə almır. Məhkəmə prosesləri gedir

4. ARDNŞ-nin Dərin Özüllər Zavodu işçisi Abbasov Şahverənə peşə xəstəliyi ilə əlaqədar kompensasiyaları qanunla nəzərdə tutulan qaydada ödənilmir.

5. ARDNŞ-nin Dərin Özüllər Zavodu işçisi Mehdiyev Elmana peşə xəstəliyi ilə əlaqədar kompensasiyaları qanunla nəzərdə tutulan qaydada ödənilmir.

6. Azəriqaz İB-nin Lənkaran Qaz İdarəsinin işçisi Xəlilov Şirbalanın işdə aldığı Əmək xəsarəti qeydə alınmırcələnib, onlardan 5-i SOCAR işçisidir.

Vüsalə Rüstəmova

Gununsesi.info

COMMENTS