Neft ucuzlaşıb

  • By admin
  • 08 Noyabr 2017 09:10

Dünya birjalarında neft ucuzlaşır.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,42% azalaraq 56,96 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,28% azalaraq 63,51 dollar olub.

Gununsesi.info