Neft ucuzlaşıb

  • By admin
  • 08 Fevral 2018 09:20

Dünya birjalarında neft ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar və ya 0,50% azalaraq 61,48 dollar təşkil olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,31% ucuzlaşaraq 65,31 dollar təşkil edib.

Gununsesi.info