Neft ucuzlaşır

  • By admin
  • 09 Avqust 2017 10:54

neft qiymet

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,31% azalaraq 49,02 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar və ya 0,42% azalaraq 51,92 dollar olub.

Gununsesi.info