“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş alıb gedən qatı regionçuluğu, dostbazlığı, qohumbazlığı və geniş miqyaslı korrupsiya barədə yazmışdım. Bütün bunlardan Elm və Təhsil nazirliyinin rəhbərliyinin xəbəri var idi”
Gununsesi.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev rektor Mustafa Babanlının vəzifədən çıxarılmasını şərh edərkən bildirib.
Deputat deyib ki, o həmçinin Universitetdə kriminal avtoritet “Zobik Gəncinski” ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı tələbələr tərəindən kütləvi şəkildə səsləndiriləndə facebook səhifəmdə rektor Mustafa Babanlını istefaya çağırıb. “Universitetdə baş alıb gedən qatı regionçuluğu, dostbazlığı, qohumbazlığı və geniş miqyaslı korrupsiyanı da əsas gətirmişdim. Universitetdə əcnəbi tələbələrin təhsilinə nəzarət demək olar ki, itirlmişdi. Bütün bunlardan Elm və Təhsil nazirliyinin rəhbərliyinin xəbəri var idi. Lakin ölkə rəhbərlyinə dürüst informasiya verilmirdi”.
Deputat bildirib ki, dünyanın məşhur QS reytinqində Universitetlərimizin acınacaqlı durumu ilə bağlı da ölkə rəhbərliyinə məlumat verilməlidr: “Qalib xalqın bütün məmurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına və çağrışlarına birmənalı olaraq əməl etməlidirlər. Bütün sahələrdə ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq genişləndirilməlidir”.
Gununsesi.info