Neft və təbii qaz ucuzlaşıb

  • By admin
  • 15 İyun 2020 13:59

NyuYorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,34% azalaraq 1,738 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri isə 3,30% azalaraq 1 barelə görə 37,45 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,63% azalaraq 34,58 dollar təşkil edib.

Gununsesi.org