Neft yenidən bahalaşdı

  • By admin
  • 15 İyul 2022 10:00

Dünya bazarlarında neft qiymətləri yenidən yüksəlib.

Gununsesi.info xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,97% artaraq 1 barelə görə 100,06 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,63% artaraq 96,38 dollar olub.

Gununsesi.info