Neft yenidən ucuzlaşıb

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 09:53

neft-1

Dünya bazarında neft ucuzlaşıb.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq 51,38 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar azalaraq 52,54 dollar olub.

Gununsesi.info