“Neftayırma zavodu köçürüləcək” - İlham Əliyev

  • By admin
  • 19 Sentyabr 2016 17:30

ilhamzavod

Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində müəssisənin kollektivi ilə görüşən Prezident İlham Əliyev dəniz kənarında yerləşən neftayırma zavodunun köçürüləcəyini, onun yerində gözəl ictimai yerlərin salınacağını bildirib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı deyib ki, bu zavodun yenidən qurulması ölkəmizin inkişafına veriləcək çox böyük töhfə olacaq. Eyni zamanda, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və “Ağ şəhər” bulvarı yaradılıbdır.

Gununsesi.info