Neftçala sakini Mil-Muğan kanalında batdı

  • By admin
  • 03 Avqust 2017 20:13

batmaq

Neftçala sakini Mil-Muğan kanalının Xəzər dənizinə axan hissəsində batıb.

Gununsesi.info-nun verdiyi məlumata görə, batan şəxs rayonun Yeni Qışlaq kənd sakini 1989-cu il təvəllüdlü Bağırov Təbriz Havasəb oğludur. Hazırda o, Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarılır.

Gununsesi.info