Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

 

Hadisə şəhərin M. Hadi küşəsində qeydə alınıb.

 

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

 

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info