Neftçalada 74 yaşlı kişinin meyiti tapılıb

  • By ilhame
  • 10 İyun 2024 22:53

Neftçalada 74 yaşlı kişinin meyiti aşkarlanıb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun “Qoltuq” deyilən yaşayış massivində qeydə alınıb.

 

Belə ki, yerli sakin 1950-ci il təvəllüdlü Həsənov Mürsəl Rəsul oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları cəlb olunub.

 

M. Həsənovun evdə tək yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info