Neftçalada fəhlələri daşıyan avtobus aşdı

  • By admin
  • 29 Sentyabr 2019 12:36

Bu gün səhər saatalrında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən quşçuluq fabrikinə məxsus “PAZ-672” markalı avtobus kənd ərazisində yoldan çıxaraq aşıb.

Gununsesi.org-un məlumatına görə, hadisə baş verən zaman avtobus yavaş sürətlə hərəkət etdiyindən fabrikə işə gedən fəhlə qadınlardan yalnız bir nəfər- Salyan şəhər sakini, 48 yaşlı Könül Məmmədhəsən qızı Abdulova xəsarət alıb.

O dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org