Neftçalada Heydər Əliyevlə bağlı dəyirmi masa keçirildi -Foto

  • By ilhame
  • 14 Noyabr 2023 19:35

Neftçala rayonunda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Azərbaycanda  hüquqi dövlət quruculuğunun  ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması haqqında geniş məlumat verib.

Ümummilli liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin konstitusiyasında insan, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olunması diqqətə çatdırılıb.

Gununsesi.info