Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürdü

Neftçala sakinini inək vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.

R. Paşayev aldğı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info