Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat: Saxlanılanlar var - FOTO

  • By admin
  • 01 Fevral 2023 10:54

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı dünən Neftçala rayonunda da əməliyyat keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.

Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, dünən İranın casus şəbəkəsinə qarşı DİN tərəfindən keçirilən əməliyyatlarda yeddi nəfər saxlanılıb.

Gununsesi.info