Neftçalada kütləvi dava - 3 NƏFƏR BIÇAQLANDI

  • By admin
  • 18 Aprel 2018 09:10

Neftçalada kütləvi dava nəticəsində bir neçə nəfər xəsarət alıb.

Gununsesi.info APA-ya istinadən bildirir ki, insident Xolqarabucaq kəndində baş verib. Məlumata görə, kütləvi dava Xolqarabucaq və Salyanın Şorsulu kənd sakinləri arasında olub. Dava zamanı 3 nəfər bıçaq xəsarəti alıb. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.

Gununsesi.info