Neftçalada şirkət əməkdaşı iş başında öldü

  • By Admin2
  • 08 Fevral 2025 12:12

Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib.

Gununsesi.info Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib. Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbinin müəyyənləşməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.