
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.
Gununsesi.info xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.
Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib.
Yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlər Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət, qayğıya görə minnətdarlıq və təşəkkürlərini bildiriblər.
Neftçala RİH-i tərəfindən 2022-2023-cü tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq nəticələr göstərən tələbələr fəxri fərmanlarla təltif olunub və xatirə hədiyyələri təqdim edilib.
Gununsesi.info