
Bu gecə Neftçalada 3,2 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, yeraltı təkan yerli vaxtla saat 01:55-də Cəlilabaddan 62 kilometr şərqdə, Neftçalada qeydə alınıb. Zəlzələnin ocağı 53 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Gununsesi.info