“Neftçi” baş məşqçisini qovdu

  • By admin
  • 29 May 2018 23:48

 “Neftçi”də baş məşqçi istefası reallaşıb. Gununsesi.info klubun rəsmi saytına istinadən məlumatında, əvəzedici komandanın baş məşqçisi Vadar Nuriyevlə yollar ayrılıb.

Onunla və məşqçi heyəti ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında baş məşqçi postuna təyin olunmuş Vadar Nuriyevin komandası mövsümü 7-ci pillədə başa vurub.