“Neftçi” böyük hesabla məğlub oldu

  • By admin
  • 22 Yanvar 2018 19:56


Hazırlığını Antalyada davam etdirən “Neftçi” Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb. Gununsesi.info-nun məlumatına görə, “ağ-qaralar” “SKA-Xabarovsk”la üz-üzə gəliblər.

Rusiyanın yüksək liqa klubu ilə qarşılaşma təmsilçimiz üçün uğursuz nəticələnib. Belə ki, ilk 10 dəqiqədə qapısında 3 cavabsız top görən Tərlan Əhmədovun yetirmələri fasiləyə 0:6 hesabı ilə geridə yollanıblar.

Rəqib ikinci hissəyə də qolla başlayıb. Matçın sonlarında isə komandalar hərəyə bir dəfə fərqləniblər və yekunda Rusiya klubu 8:1 hesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, “SKA-Xabarovsk” Premyer Liqada 20 turdan sonra 12 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

 

Gununsesi.info