
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti turun matçı keçirilib.
Gununsesi.info xəbər verir ki, XV turun ilk görüşündə “Keşlə” “Zirə”ni qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”ın qolunu 45-ci dəqiqədə Məhəmməd Hamdaui vurub.
Qələbə sayəsində xalını 25-ə çatdıran “Zirə” üçüncü pilləyə yüksəlib. “Keşlə” isə 14 xalla hələlik 6-cı sıradadır.
Qeyd edək ki, günün digər matçında son çempion “Neftçi” “Qarabağ”ı qəbul edəcək.
***
Turun mərkəzi görüşündə “Neftçi” “Qarabağ”ı qəbul edib.
“Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
25-ci dəqiqədə matçda hesabı Kadi Borges açıb. Fasilədən sonra da təzyiqini davam etdirən “köhlən atlar” 62-ci dəqiqədə fərqi artırıb. Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb.
Bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.
Gununsesi.info