Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
Gununsesi.info-nun məlumatına görə, ilk olaraq “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlanacaq. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq. “Ağ-qaralar” 32 xalla ikinci, “gənclik şəhəri təmsilçisi” 31 xalla üçüncü sıradadır.
Günün ikinci oyununda “Zirə” “Qəbələ”nin qonağı olacaq. Görüş saat 17:30-da start götürəcək. “Qırmızı-qaralar” 14 xalla sonuncu-10-cu, paytaxt klubu 30 xalla 4-cüdür.
Azərbaycan Premyer Liqası
XXI tur
15:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura fevralın 5-də “Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşması ilə yekun vurulacaq. Ötən gün “Qarabağ” “Səbail”i məğlub edib – 2:1. “Sabah” – “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1.
Gununsesi.info