Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Kəpəz”lə qarşılaşan (0:2) “Neftçi” Gəncə şəhər stadionunu narazı tərk edib.
Gununsesi.info xəbər verir ki, bunun səbəbi matç başa çatdıqdan sonra qonaq komandanın futbolçularının arenada isti su ilə bağlı problem yaşaması olub.
Stadionda isti su olmadığından rəhbərlik komandanı oyun bitən kimi otelə aparmaq məcburiyyətində qalıb.
Bu məsələ ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov açıqlama verib.
“İsti su var idi. Sadəcə paltardəyişmə otağındakı vəziyyət elə idi ki, futbolçular otelə qayıdıb orada duş qəbul etdilər. Yəni şərait olmadığı üçün …”
Gununsesi.info