
Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ölkə xaricində ilk yoxlama matçına çıxacaq.
Gununsesi.info-nun Apasport.az saytına istinadən məlumatına görə, “ağ-qaralar” Avropanın tanınmış klublarından olan “Şalke” ilə üz-üzə gələcək.
Almaniyanın Noykirxen şəhərindəki “Sportzentrum” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bundesliqa təmsilçisi ilə matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
***
Yoxlama görüşü
26 iyul
“Neftçi” (Azərbaycan) – “Şalke” (Almaniya) – 0:1
Qol: Tekbeti, 27
“Neftçi”: Səlahət Ağayev, Məqsəd İsayev, Kirilo Petrov, Pavel Dreksa, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Tərzin Cahangirov, İqnasio Errera, Namik Ələskərov, Elnur Cəfərov, Daniel Seqoviya
“Şalke”: Fehrmann, İnsua, Nastasiç, Geis, Di Santo, Bentaleb, Konoplyanka, Reese, Koke, Oçipka, Naldo
***
Oyun 1-0 almanların qələbəsilə başa çatıb.
Gununsesi.info