“Neftçi” məğlub oldu 

Azərbaycan Premyer Liqasında XIX turun son oyununda çempionatın iddialı komandaları “Sabah” və “Neftçi” üz-üzə gəliblər.

Gununsesi.info xəbər verir ki, “Sabah” “Neftçi” üzərində 2:0 hesab ilə qələbə qazanıb.

HTML tutorial

Oyundan sonra xallarının sayını 46-ya çatdıran “Sabah” ikinci pillədəki mövqeyini möhkəmlədib. “Neftçi” isə 38 xalla üçüncü yerdə qalıb.

Gununsesi.info