“Neftçi” nəhayət həsrətə son qoydu – Yenilənir

  • By admin
  • 29 Sentyabr 2017 19:00

neftci
Bu gün Topaz Premyer Liqanın 7-ci turuna start verilib.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə iki görüşün keçirilməsi nəzərdə tutulub. Artıq bir görüş başa çatıb. İlk oyunda “İnter” “Neftçi”ni qəbul edib. Bu mövsüm qələbəyə həsrət qalan və ardıcıl son üç oyunda məğlub olan “Neftçi” 2:0 hesabı ilə qalib gəlib.

Turun digər görüşündə isə “Qəbələ” “Kəpəz”i qəbul edir. Bu dəqiqələrdə davam edən görüşdə hesab açılmayıb.

Qeyd edək ki, sabah “Səbail” “Sumqayıt”ı, oktybarın 1-də isə “Qarabağ” “Zirə”ni qəbul edəcək.
Gununsesi.info