“Neftçi”-nin daha bir rəqibi müəyyənləşdi

  • By admin
  • 17 İyul 2017 22:42

neftci-zira

“Neftçi” futbol klubunun Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, “Neftçi” iyulun 21-də “Zirə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq görüş saat 18:00-da başlanacaq.

Qeyd edək ki, “Neftçi” “Zirə” ilə oyunadək – iyulun 19-da “Şüvəlan”la sınaq matçına çıxacaq.

Gununsesi.info