Bakının “Neftçi” klubu növbəti transferini reallaşdırıb.
Gununsesi.info xəbər verir ki, braziliyalı futbolçu Yuri Matiasla ikiillik müqavilə bağlanıb.
İyirmi səkkiz yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 44 nömrəli formanı geyinəcək.
Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edib. O, 2021/2022-ci illər mövsümündə “ÇFR Kluj”la Rumıniya çempionu olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.
Gununsesi.info