“Neftçi” PFK: Cari mövsüm yekunlaşdıqdan sonra kimin komandada qalıb-qalmayacağı bəlli olacaq

  • By ilhame
  • 21 Mart 2024 20:59

Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubunun yaydığı açıqlamada deyilir.

“Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır. Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib”, – açıqlamada bildirilir.

Gununsesi.info