
Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Neftçi” səfərdə “Zirə” klubu ilə qarşılaşıb.
Gununsesi.info xəbər verir, “Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib.
Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Neftçi” 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. “Zirə” isə 19 xalla 4-cü pillədə qalıb.
“Zirə” – “Neftçi” – 0:3
Qol: Yeqor Boqomolski, 6, Qodsyev Donyo, 75, Emin Mahmudov, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
Gununsesi.info