“Neftçi” qələbə qazandı

  • By admin
  • 29 Oktyabr 2022 19:44

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “Neftçi” səfərdə “Zirə” klubu ilə qarşılaşıb.

Gununsesi.info xəbər verir, “Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib.

Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Neftçi” 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. “Zirə” isə 19 xalla 4-cü pillədə qalıb.

“Zirə” – “Neftçi” – 0:3

Qol: Yeqor Boqomolski, 6, Qodsyev Donyo, 75, Emin Mahmudov, 83

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu

Gununsesi.info