
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyununda birinci hissə başa çatıb.
Gununsesi.info-nun məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb – 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyununda hesab açılıb.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki “Neftçi” – “Qalatasaray” (Türkiyə) oyunu start götürüb.
“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya “Renova”sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın “Hayduk” komandası ilə üz-üzə gələcək.