“Neftçi” rəhbərliyində istefa

  • By ilhame
  • 18 Sentyabr 2024 19:41

“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Gununsesi.info xəbər verir ki, 2023-cü ilin sentyabrından klubda çalışan Anderssonla yollar rəsmən ayrılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, “Neftçi” cari mövsümdə qələbə üzünə həsrət qalıb. Komanda 6 oyundan sonra 4 xalla turnir cədvəlində 9-cu pillədədir.

Gununsesi.info